Texnoloji
Kompüterlərin satışı artıb
2014-cü ilin ikinci rübündə dünyada fərdi kompüterlərin tədarük
həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq
75,8 milyon ədəd təşkil edib. Bu barədə “Gartner” analitik
şirkətinin hesabatında deyilir.
Son iki ildə dünyada fərdi kompüterlərin satışı daima azalaraq cari
ilin ikinci rübündə ilk dəfə cüzi artım nümayiş etdirib.
Şirkət analitiklərinin fikrincə, fərdi kompüterlərin satışının
aşağı düşməsi bilavasitə planşet və smartfonların artan
populyarlığı ilə əlaqədardır, çünki alıcıya bu qurğuların alışı
fərdi kompüterin alışından ucuz başa gəlir.
Lakin ekspertlər qeyd edirlər ki, ikinci rübdə bazarda vəziyyət
dünya əhalisi arasında bahalı planşetlərə tələbatın azalması
səbəbindən tədricən düzəlib. Bu onu deməyə əsas verir ki, fərdi
kompüterlərin satışında zəif olsa da, artım müşahidə olunacaq.
İkinci rübdə fərdi kompüterlər bazarında lider istehsalçılar
beşliyində birinci yeri satış həcmi 14,5 milyon ədəd təşkil edən,
bazar payı 19,2 faizədək artan Çinin “Lenovo” şirkəti tutub. İkinci
yerdə 17,7 faiz bazar payı və 13,4 milyon ədəd satışla “HP” şirkəti
qərarlaşıb. “Dell”, “Acer” və “Asus” şirkətləri müvafiq olaraq
üçüncü, dördüncü və beşinci yeri tutub. “Dell”in il ərzində satış
həcmi 12,5 faiz – 10 milyon ədədədək artıb, “Acer”in satışları 7
faiz azalıb. Digər istehsalçıların satışları ikinci rübdə 26,5
milyon qurğu təşkil edib.
Hesabat dövründə ABŞ bazarında fərdi kompüterlərin satışı 15,9
milyon ədəd təşkil etməklə il ərzində 7,4 faiz artıb. “EMEA”
regionunda qurğuların satışı ötən ilin ikinci rübü ilə müqayisədə
8,6 faiz artaraq 22,5 milyon ədədə bərabər olub. Asiya-Sakit okean
regionunda fərdi kompüterlərin satışı 24,6 milyon ədəd təşkil
etməklə il ərzində 9,5 faiz aşağı düşüb, - "Lenta” yazır.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı