4,7 milyon kompüter xilas olundu
Bizi izləyin

Texnoloji

4,7 milyon kompüter xilas olundu

Microsoft korporasiyasının rəqəmli kibercinayətkarlıqla mübarizə bölməsi 23 No-IP domeninin ələ keçirilməsi sayəsində 4,7 milyon kompüteri zərərsizləşdirib, lakin kompüter sahiblərinin bundan xəbəri olmayıb.

Korporasiyanın baş hüquqşünası Riçard Boskoviç internet cəmiyyətində müəyyən hiddətə səbəb olan əməliyyatın nəticələrini şərh edib. Buna səbəb korporasiyanın məhkəmə vasitəsilə başqalarının domenlərini alaraq onları öyrənməsi və virusa yoluxmuş fərdi kompüterləri filtrasiyadan keçirməsi üçün trafiki öz serverlərinə yönəltməsi olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoftun məlumatına görə, No-IP domenləri iri Jenxcus və Bladabindi kompüter şəbəkələri, eləcə də daha 243 zərərli proqram ailəsi tərəfindən virusa yoluxmuş Windows sistemli kompüterlər ilə rabitə əlaqəsi və trafikin komanda serverlərinə yönəldilməsi üçün istifadə olunub. Qeyd olunur ki, çoxlu xəbərdarlıqların edilməsinə baxmayaraq No-IP sahibləri servislərindən sui-istifadə hallarının qarşısının alınması üçün lazımi tədbirlər görmədiyindən korporasiya məhkəməyə müraciət edib.

ABŞ istehsalçısının baş hüquqşünası deyib ki, hər şey qanun çərçivəsində və məhkəmənin qərarına uyğun edilib. Əməliyyat uğurla keçib və domenlər tezliklə qanuni sahiblərinə qaytarılıb. Zərərsizləşdirilən kompüterlərin sayını nəzərə alsaq, bu, Microsoft korporasiyasının rəqəmli kibercinayətkarlıqla mübarizə bölməsinin indiyədək keçirdiyi 10 əməliyyatın ən uğurlusu olduğunu deyə bilərik.

Domenlərin ələ keçirilməsindən sonra Vitalwerks Internet Solutions şirkəti (No-IP sahibi) rəsmi etirazla çıxış edərək Microsoftun fəaliyyəti nəticəsində 1,8 milyon abunəçinin təxminən 5 milyon qovşağa (host) çıxış imkanından məhrum olmasını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm