Nokia-larda Android olmayacaq
Bizi izləyin

Texnoloji

Nokia-larda Android olmayacaq

Microsoft şirkəti Nokia X xəttində Android smartfonlarının tərtibatını dayandırıb.

ANS PRESS ICTnews-a istinadən bildirir ki, ilk smartfonlar bu ilin fevral ayında təqdim edilib. Artıq 4 ay ötdükdən sonra Microsoft eksperimenti dayandırmaq planları haqda bəyan edib.

"Yaxın zamanda biz Windows Phone qurğularının sayını, daha əlçatımlı Lumia smartfonlar seqmentini inkişaf etdirərək artırmaq niyyətindəyik. Planlaşdırılmış məhsullara əlavə olaraq biz Lumia smartfonlarını təqdim etmək niyyətindəyik və bunun üçün gələcək Nokia X smartfonlarını Windows Phone-a keçirəcəyik", – deyə şirkətdən bildiriblər.

Keçid təxirə salınmadan baş verəcək, lakin şirkət artıq buraxılmış Nokia X smartfonlarını satmağa və dəstəkləməyə davam edəcək, onların arasında Nokia X, Nokia X+, Nokia XL modelləri və ötən ay təqdim edilmiş Nokia X2 də var.

Bu addım Windows Phone platformasını populyarlaşdırmaq istəyən Microsoft üçün məntiqli olacaq. Digər tərəfdən, şirkət sürətlə artan Android smartfonları bazarına çıxışını bağlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm