Android artıq iOS-u qabaqlayır
Bizi izləyin

Texnoloji

Android artıq iOS-u qabaqlayır

App Annie analitik firmasının məlumatına görə, Android yüklənən tətbiqlərin sayına görə iOS platformasını ötüb. Amma mobil proqram təminatı satışlarından əldə olunan gəlir həcminə görə əvvəlki kimi Apple liderdir.

Publika.az ictnews.az saytına istinadən bildirir ki, 2014-cü ilin aprel-iyun aylarında Android istifadəçiləri 150 milyon proqram və oyun yükləyiblər ki, bu da birinci rüblə müqayisədə 60% daha yüksəkdir. Bu halda iPhone, iPad və iPod touch qurğularının sahibləri App Store onlayn dükanından kənar proqram təminatının quraşdırılmasını 45% artırıblar.

Gəlir nöqteyi-nəzərindən vəziyyət iOS-un xeyrinədir: ötən rüb ərzində "alma" qurğuları üçün tətbiq bazarında pul dövriyyəsi 100 milyon dollara çatıb. Android üçün məhsul seqmentində tərtibatçıların gəliri 30% yüksələrək təxminən 60 milyon dollar təşkil edib.

Gartner analitik şirkətinin məlumatına görə, 2012-ci ildə mobil tətbiqlərin 91%-i ödənişsiz olub, 2017-ci ilədək bu göstərici 95%-ə çatacaq. Ödənişli tətbiqlərin sayının azalmasına baxmayaraq yükləmələrin sayı, əksinə, artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm