Google ölümcül silah hazırlayır (FOTO)
Bizi izləyin

Texnoloji

Google ölümcül silah hazırlayır (FOTO)

Sürücüsüz hərəkət edən avtomobillər yol-nəqliyyat hadisələrinin sayının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, Federal Təhqiqatlar Bürosu (FTB) xəbərdarlıq edir ki, avtomatik hərəkət edən nəqliyyat vasitələri təhdid doğurur və "ölümcül silah" qismində istifadə edilə bilər.

ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri hesab edir ki, "ağıllı" maşınlardan istifadə edən cinayətkarlar təqib zamanı tam sərbəst olaraq sərbəst hərəkət edən avtomobildən atəş aça bilərlər.

Publika.az ICTnews-a istinadən bildirir ki, başqa halda isə cinayətkarlar avtomobillərin təhlükəsizlik funksiyasını elə sazlaya bilərlər ki, işıqforları maneəsiz keçə və sürət məhdudiyyətini aşa bilərlər.

Xatırladaq ki, "Google" şirkəti son beş ildə gələcəyin avtomobillərinin yaradılması layihəsi ilə məşğuldur. Belə maşınlarda süni intellekt texnologiyası, "Google Street View" onlayn xəritəsinin məlumatları, GPS naviqatorlar, videokameralar və real vaxt rejimində ətraf ərazinin və yaxınlıqdakı obyektlərin 3D xəritəsini tərtib edən bir neçə sensor tətbiq edilib. "Ağıllı" avtomobillər elə proqramlaşdırılır ki, maneələri dəf edərək və yol hərəkəti qaydalarına riayət edərək təyinat nöqtəsinə təhlükəsiz çatmaq mümkün olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm