Texnoloji
“Azərkosmos” yeni peyk alır
İyulun 1-nə olan məlumata əsasən, “Azərspace-1” peyki
üzərindən, ümumilikdə 89 yerli və xarici ölkə televiziya, həmçinin
15 radio kanalı yayımlanır.
Ölkədə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı
peyklərin orbitə çıxarılması məqsədilə aparılan mütəmadi işlər
çərçivəsində bu ilin mayında “Azərkosmos” ASC ilə “Airbus Defence
and Space” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İyun ayının 30-da isə “Airbus Defence and Space” “SPOT 7” peykini
Hindistandan müvəffəqiyyətlə orbitə çıxarıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumat görə,
ilin sonunadək peyk kommersiya istismarına tam hazır vəziyyətə
gətiriləcək. Hazırda “Airbus Defence and Space” ilə imzalanacaq
“Strateji əməkdaşlığa dair” saziş üzərində son tamamlama işləri
aparılır. Sənəd “SPOT 6” və “SPOT 7” peyklərinin birgə
istifadəsindən əldə olunan gəlirlərin hər iki şirkət arasında
bölünməsi, peykin idarə edilməsi və marketinqi sahələri üzrə yerli
mütəxəssislərin hazırlanması, müasir texnologiyaların tətbiqi ilə
bağlı təcrübə mübadiləsinin aparılması və digər məsələləri əhatə
edir.
“SPOT 7” peykinin bu ilin sonunadək “Azərkosmos” ASC-nin
mülkiyyətinə keçməsi və ondan kommersiya məqsədi ilə istifadə
edilməyə başlanması nəzərdə tutulur.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK