Poroşenkonun saytı dağıdıldı
Bizi izləyin

Texnoloji

Poroşenkonun saytı dağıdıldı

“Kiberberkut” adlı haker qrupu Ukrayna prezidenti Pyotr Poroşenkoun rəsmi saytını dağıtdıqlarını elan edib.

Axar.az xəbər verir ki, bu barədə qrupun rəsmi səhifəsində yazılıb.

“Bu gün biz, “Kiberberkut” və bizim “Kiber ordu” öz xalqına qarşı soyqırım həyata keçirən Ukrayna prezidenti Pyotr Poroşenkonun saytını dağıtdıq. Buna görə biz, Dövlət xüsusi əlaqə və informasiya müdafiəsi xidmətinin əməkdaşlarına minnətdarıq və onlarla gələcəkdə də bu cür aksiyalar hazırlayacağıq. Biz, Ukrayna xalqının tələblərini yerinə yetirməyənə qədər dayanmayacağıq”, - deyə “Kiberberkut”un bəyanatında deyilir.

Bu gündən etibarən prezidentin rəsmi saytına girmək mümkün deyil, server cavab vermir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm