Çin "Microsoft"u yoxlayır
Bizi izləyin

Texnoloji

Çin "Microsoft"u yoxlayır

Çin höküməti Amerika şirkəti "Microsoft"-un fəaliyyətini yoxlayır.

ANS PRESS-in məlumatına görə, şirkətdən verilən açıqlamada bildirilib ki, Çinin Sənaye və Ticarət Dövlət Administrasiyası məmurları bir neçə ofisi ziyarət edib.

Hələlik heç bir qayda pozuntusunda ittiham olunmayan şirkət ziyarətin səbəblərini açıqlamayıb.

Bununla belə ehtimal olunur ki, informasiya texnologiyaları nəhəngi olan "Microsoft" anti-inhisar qanununa əməl etmədiyinə görə, diqqətə düşüb. Korporasiya Çin hökümətinin istənilən sualına cavab verəcəyini bəyan edib.

Eksperlərin fikrincə "Microsoft"a qarşı istənilən istintaq araşdırması Çində qlobal İT şirkətlər üçün genişlənən bazarda Amerika firmasının inkişafına zərbə ola bilər.

Daha əvvəl Çin dövlət idarələrində "Microsoft"un yeni əməliyyat sistemi olan Windows 8-in istifadə olunmasına qadağa qoyulduğunu bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm