Tvitter 145 milyon itirdi
Bizi izləyin

Texnoloji

Tvitter 145 milyon itirdi

İtkilərə baxmayaraq, Tvitter istifadəçilərinin sayı 24 faiz artıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Tvitter mikrobloq xidməti yaydığı hesabatda 145 milyon dollar (86 milyon ingilis funtu) itirdiyini açıqlayıb. İtirilən bu məbləğ mart-iyun ayları arasındakı tarixləri əhatə edir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma deməkdir.

Bütün bunlara baxmayaraq, Tvitter istifadəçilərinin sayında da artım olub. Qurum rəsmiləri qeyd edilən 3 ay ərzində mikrobloq istifadəçilərinin sayının 24 faiz artaraq 271 milyon nəfərə çatdığını qeyd ediblər. Belə ki, yeni istifadəçilərin 13 milyonu xarici ölkələrdə, 3 milyonu isə ABŞ-da qeydiyyatdan keçib.

Şirkətin səhmlərində də bahalaşma müşahidə edilib. Firmanın səhmlərinin 35 faiz bahalaşdığı açıqlanıb.

Tvitterin reklam gəlirlərində də artım olduğu deyilir. Bu rəqəmlər bir il öncəki göstəricilərə nisbətən 129% artaraq 277 milyon manata çatıb.

Xatırladaq ki, Tvitter öz istifadəçilərinin 78 faizinin mobil telefon vasitəsi ilə mikrobloq hesablarına daxil olduqlarını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm