Feysbukla bağlı problemlər bəlli oldu - FSB barmağı
Bizi izləyin

Texnoloji

Feysbukla bağlı problemlər bəlli oldu - FSB barmağı

Aleksey Zavodyuk adlı şəxs Feysbukda baş verən nasazlıqla bağlı bəzi məqamların mediada geniş işıqlandırılmasını xahiş edib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o, yaranmış vəziyyətlə əlaqədar Feysbukun yaradıcısı Mark Zukerberqin məsələyə müdaxiləsini vacib sayıb. Onun sözlərinə görə, yaranmış bu neqativ hal Rusiyadan, bu ölkənin kəşfiyyat orqanlarından qaynaqlanır. Zavodyuk bildirib ki, onun və "Sağ sektor"un spikeri Borislav Berezanın akkauntları səbəbsiz yerə Feysbuk administrasiyası tərəfindən bloklaşdırılıb. Bu səbəbdən dostların əlaqə yaratmasında məhdudiyyət yaranıb. O, son günlər yaranan problemləri də bununla əlaqələndirib:

“Başa düşmürəm Feysbukun Moskva ofisi kimə xidmət edir? Görəsən, yaranmış vəziyyətdən Mark Zukerberqin xəbəri varmı? Onun yaranmış rüsvayçı vəziyyəti aradan qaldırmaq fikri varmı?”

Xatırladaq ki, Zavodyuk Ukrayna mediasını da topa tutub və informasiya müharibəsində uduzduqlarını dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm