“WhatsApp”da fırıldaq təhlükəsi
Bizi izləyin

Texnoloji

“WhatsApp”da fırıldaq təhlükəsi

Dünyanın ən məşhur pulsuz mesajlaşma şəbəkəsi “WhatsApp” frıldaqçıların yeni adresi olub.

ANS PRESS-in məlumatına görə, internetdə yaradılan yeni proqramlar yolu ilə fərqli telefon nömrələri ilə yeni saxta “WhatsApp” hesabı yaratmaq mümükündür.

Həmin hesabla pulsuz mesalar göndərilir. Yeni “WhatsApp” hesabları istənilən şəxsin adı ilə yaradıla bilər. Həmin saxta hesablardan istifadə edən işbazlar isə müxtəlif reklam və satışlar həyata keçirilər.

“WhatsApp”da müxtəlif nömrələrlə mesaj yazamaq üçün “aldatma” mexanizmi tətbiq olunur. Bunun üçün Windovs əməliyyat sisteminə sahib olan kompiterlərə “Bluestack App Player” adlı bir proqram yükləmək kifayətdir. Bu proqram yükləndikdən sonra istənilən saxta bir nömrə ilə “WhatsApp” hesabı yaradılır. Bu proqram vasitəsi ilə istənilən formada saxta telefon nömrəsi də yaratmağın mümkün olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm