• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azercell-in Barama mərkəzindən “Biznes dünyasına giriş” (R)

Azercell-in Barama mərkəzindən “Biznes dünyasına giriş” (R)

Ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom-un ən uğurlu layihələrindən olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes və sahibkarlıq dünyası ilə maraqlanan gənclər üçün növbəti tədbiri keçirib.

Avqustun 2-də “Biznes dünyasına giriş” adlı görüşdə təcrübəli mütəxəsislər tərəfindən tədbir iştirakçılarına innovasiya, şirkət səhmləri və biznesin inkişaf prosesi haqqında danışılıb. Tədbirdə Azercell Telekom MMC-nin əməkdaşı Kamran Səmədli “Strateji İnnovasiya” mövzusu ilə istər gündəlik həyatda, istərsə də biznesdə yeniliklərin edilməsindəki şərtləri tədbir iştirakçıları ilə paylaşıb. “Səhm alqı-satqısı” mövzusu ilə şirkətin əməkdaşı Ağarza Məlikov yeni başlayanlar ilə şirkət səhmləri, onların alqı-satqısı, analitikası və dəyərləndirilməsi haqda təcrübələrini bölüşüb. Təcrübəli sahibkar, GoldenPay şirkətinin və Hesab.az portalının yaradıcısı Fərid İsmayılzadə isə öz təcrübələrindən irəli gələn bir ideyanın startup-dan səhmdar şirkətə qədər olan həyat tsikli haqda tədbir iştirakçılarına məlumat verib.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Barama mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub. Azərbaycandan və dünyanın müxtəlif yerlərindən olan bir sıra böyük şirkətlərin dəstəyi ilə gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları keçirilib.

Bu günlərdə isə Azercell-in dəstəyi və təşəbbüsü ilə Barama Mərkəzinin yeni ofisi istifadəyə verildi. Bu mərkəz gələcək sahibkarların ideyalarının daha effektiv reallaşması üçün gərəkli olan avadanlıqlarla təchiz edilib. Yeni ofisdə layihələr çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi üçün iri konfrans zalı mövcuddur. Həmçinin, mərkəz otaqları təlimlərin yüksək səviyyədə baş tutması üçün smart lövhə ilə təmin edilib. Ofisin digər üstünlüyü ondadır ki, burada gənc sahibkarlar günün 24 saatı fasiləsiz olaraq işləyib mərkəzin imkanlarından yararlana bilərlər. Əvvəlki ofisdən fərqli olaraq, yeni mərkəzdə, həm də, Brama layihəsi iştirakçılarının istirahəti üçün oyun zalı yaradılıb.

Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gəncləri Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə dəvət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR