• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azercell müştəri suallarını 100% cavablandırır (R)

Azercell müştəri suallarını 100% cavablandırır (R)

Şirkətin liderliyi bir daha təsdiq olundu.

Azərbaycan mobil bazarının lideri Azercell Telekom MMC Azərbaycanda və bütün regionda ilk dəfə olaraq Facebook sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 100% cavablama nəticəsini əldə etdi. Beləlikə, Azercell artıq dördüncü dəfədir ki, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, bu ilin II rübü üçün “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

2014-cü ilin I rübündə Azercell-in bu göstəricisi 97%-ə bərabər idi və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırırdı. Beləliklə, qısa bir zaman ərzində Azercell Telekom qarşısına qoyduğu bu məqsədə nail olaraq, Azərbaycanda daha bir ilkə imza atdı.

Məlumat üçün bildirək ki, hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 375 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.

Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olmuşdur. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR