Smartfonlara ultrasəsin köməyi ilə enerji doldurulacaq - YENİLİK
Bizi izləyin

Texnoloji

Smartfonlara ultrasəsin köməyi ilə enerji doldurulacaq - YENİLİK

UBeam”in həmtəsisçisi, Pensilvaniya Universitetindən Meredit Perri yeni sistemin ilk işlək prototipini nümayiş etdirib.

Yeni sistemdə elektrik enerjisi səsə çevrilərək daha sonra ultrasəs şəklində smartfon və ya planşetə qoşulmuş yığcam qəbulediciyə ötürülür. Dalğaları qəbul edən qəbuledici onları elektrik enerjisinə çevirir.

“uBeam” enerjidoldurma stansiyaları 5 mm nazikliyindədir. Bu, onları divara və ya başqa qurğulara bərkitməyə icazə verir.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, amma yeni texnologiyanın bir məhdudiyyəti var. “Wi-Fi” texnologiyasından fərqli olaraq, ultrasəs dalğaları divarlardan keçmir, buna görə də bütün ev və ya kiçik ofisi simsiz enerjidolduma ilə təmin etmək mümkün olmayacaq. Hər otaqda “uBeam” ötürücü aparatı quraşdırmaq lazım gələcək.

“uBeam” məhsulu artıq yaxın iki ildə satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm