Texnoloji
Bakı metrosunda yenilik
Bakı Metropoliteninin yeni stansiyaları həm görünüşü,
həm də təchizatı baxımından mövcud stansiyalardan əsaslı surətdə
fərqlənəcək.
Publika.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAc-a bildirib ki, yeni
stansiyalar 7 vaqondan ibarət qatarlar üçün nəzərdə tutulub. Bu
stansiyaların platformaları, vestibülləri, eskalatorlar, eləcə də
elektrik təchizatı, işarəvermə və idarəetmə avadanlıqları ən müasir
texnologiya əsasında qurulacaq. Artıq bununla bağlı Fransa
şirkətləri ilə anlaşma memorandumu imzalanıb.
Belə ki, “Alstom Transport SA” şirkəti Bakı Metropolitenini müasir
vaqonlarla təmin edəcək, “Bouygues Travaux Publics. LLS” “28 May”
stansiyasının yenidən qurulmasını, o cümlədən bir neçə stansiyanın
inşasını həyata keçirəcək, “THALES S.A” şirkəti isə “Bənövşəyi”
xəttin üzərində tikiləcək stansiyalarda son texnoloji işarəvermə və
idarəetmə sistemləri quraşdıracaq.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub