.jpg)
2015-ci ilin yanvarında Britaniyanın “Optalysys” şirkəti
340 qiqaflops mədsuldarlığında yığcam optik kompüterin prototipini
nümayiş etdirmək niyyətindədir. Mövcud superkompüterlərlə
müqayisədə daha yeni sistem aşağı enerji sərfiyyatına malikdir.
2017-ci ildə belə qurğuların kommersiya istifadəsinə başlanıla
bilər.
ANS PRESS-in “Ictnews”a istinadən məlumatına görə, “Optalysys”
şirkətinin mühəndisləri əmin edirlər ki, Çinin 320 milyonluq
“Tianhe-2” superkompüteri işləməsi üçün illik 21 milyon məbləğində
investisiya tələb edir. Britaniyalıların optik superkompüterindən
istifadəyə illik xərclər 2000 funt-sterlinqdən bir qədər çox
olacaq.
2017-ci ildə britaniyalılar “Big Data” və “Optical Solver
Supercomputer” sistemlərini təqdim etmək niyyətindədirlər. Birinci
1,32 petaflops məhsuldarlığa malik olacaq, 2020-ci ilədək 200
petaflopsadək artacaq. “Optical Solver” sistemi isə 9 petaflops
məhsuldarlıq təmin edəcək, 2020-ci ilədək bu göstərici 17,1
eksaflopsa çatacaq.