“Motorola”, “Apple” və Samsunq “savaşacaq”
Bizi izləyin

Texnoloji

“Motorola”, “Apple” və Samsunq “savaşacaq”

Motorola şirkəti 4 sentyabr tarixində keçirəcəyi təqdimatla bağlı artıq dəvətnamələri yaymağa başlayıb.

Publika.az Re/code-yə istinadən xəbər verir ki, dəvətnamələrdə smart-saatın və iki smartfonun sxematik şəkillərini yerləşdirib. Ehtimal olunur ki, Motorola sentyabrın 4-də Moto360 smart-saatını və smartfonlarının ikinci versiyasını Moto X, Moto G-ni təqdim edəcək.

Moto 360 smart saatı dairəvi siferblat və Android Wear əməliyyat sistemləri ilə təchiz edilib. Məlumata görə, onlar Android platforması əsasında smarfonlarla sinxronizə ediləcək və Google Now servisi ilə işləyəcəklər.

Xatırladaq ki, sentyabrın 3-də Samsung Galaxy Note 4 tabletlərinin və brendin hazırladığı digər cihazların təqdimatını keçirəcək.

4 sentyabrda Microsoft Lumia-nın yeni modellərinin, 9 sentyabrda isə Appıe yeni iPhone-nun və digər yeni cihazlarının təqdimatını keçirməyə hazırlaşırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm