Texnoloji
Mobil rabitə operatorları mobil nömrələrin daşınması xidmətini işə salıb
Azərbaycanın mobil rabitə operatorları "Azercell" və
"Nar Mobile" mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile
Number Portability) işə salıb.
Publika.az-ın məlumatına görə, hazırda digər operatorların
abonentləri Sim-kart və şəxsiyyət vəsiqəsini təqdim edərək abunə
xidmətləri ofislərinə müraciət edə bilərlər. Xidmət fevralın 3-dən
"Bakcell"in servis mərkəzlərində işə salınacaq.
Operatorun şəbəkəsinə miqrasiya edilən zaman SİM-kart
dəyişdirilməlidir. "Azercell"in servis mərkəzlərində kartların
dəyişdirilməsinin qiyməti 3,54 manat təşkil edəcək. "Bakcell" və
"Azerfon" mərkəzlərində kartların dəyişdirilməsi pulsuz həyata
keçirilir.
"Azerfon"dan bildiriblər ki, operator şəbəkəsinə miqrasiya edən
abonentlər balanslarına 3 manatlıq danışıq müddəti və hər ay 30
dəqiqə alacaqlar.
Qeyd edək ki, digər operatorların şəbəkələrinə miqrasiya zamanı SİM
kartın əvəz edilməsi tələb olunur. Bir şəbəkədən digərinə miqrasiya
müddəti 6 gün təşkil edəcək. Xidmət data-kartlarda istifadə edilən
SİM kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam
olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.
MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz
telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması
operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077")
ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə
tutur.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK