"Apple" məlumatları bu ölkədə saxlayacaq
Bizi izləyin

Texnoloji

"Apple" məlumatları bu ölkədə saxlayacaq

"Apple şirkəti bəzi çinli istifadəçilərin şəxsi məlumatlarını Çinin ərazisində yerləşmiş serverlərdə saxlamağa başlayıb".

Bu haqda "Reuters" agentliyi yazıb. Yerli senzuraya görə Çində data mərkəzlər tikməkdən imtina edən bir çox ABŞ şirkətlərindən fərqli olaraq Apple bu addımı atıb. Məhz çinli istifadəçilərin məlumatlarının Çində saxlanılmasına etiraz etdiyi üçün Googleun xidmətləri ölkədə bloklanıb.

Publika.az "ICTnews"-a istinadən bildirir ki, "Apple" öz qərarını bulud iCloud xidmətinin işini yaxşılaşdırmaqla izah edib. Nəzəriyyə görə, server istifadəçiyə coğrafi cəhətdən nə qədər yaxındırsa, ondan istifadə edən xidmət daha sürətli işləyir.

Məlumatlar "China Telecom" rabitə operatorunun serverlərində saxlanılacaq. Bununla belə, "Apple"dan bildirilib ki, məlumatlar şifrlənəcək və operator istifadəçilərin məzmununa giriş əldə edə bilməyəcək.

"Reuters" yazır ki, "Apple" şirkəti şifrələnmə açarlarını Çindən kənarda saxlayacaq.

Çin hazırda "Apple" üçün vacib bazarlardan biridir. Belə ki, aprel-iyun aylarında regionda iPhone smartfonlarının satış həcmi təxminən 50 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm