Hakerlərin “Youtube” fırıldağı
Bizi izləyin

Texnoloji

Hakerlərin “Youtube” fırıldağı

Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər.

Publika.az-ın “ICTnews”a istinadən məlumatına görə, “Citizen Lab” laboratoriyası zərərli proqramın yayılmasının yeni üsulu haqqında hesabat dərc edib.

Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail belə izləmə aparan təşkilatlara malikdir.

Trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir.

Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm