Yeni “iPhone” hamını sevindirəcək
Bizi izləyin

Texnoloji

Yeni “iPhone” hamını sevindirəcək

Yaxın zamanda təqdimatı gözlənilən yeni “iPhone 6” smartfonunun simsiz enerji doldurma portu ilə təchiz edilməsi gözlənilir.

Publika.az-ın “ICTnews”a istinadən məlumatına görə, smartfonun internetdə yerləşdirilən şəkillərində qurğunun ön hissəsində aydın şəkildə yeni port görünür ki, onun simsiz enerji doldurma üçün istifadə ediləcəyi gözlənilir.

Bundan başqa, yeni “iPhone”un ekran böyüklüyünün 4.7 inç olacağı və tək əllə rahat şəkildə tutula biləcəyi bildirilir. Bu il mobil bazara çıxarılan bir çox Android telefonların 2, 3 GB RAM-a sahib olmasına baxmayaraq yeni "iPhone"da 1 GB RAM olacağı vurğulanıb.

İlkin məlumata əsasən, yeni məhsul ABŞ bazarında 750 dollara satılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm