Texnoloji
ABŞ Avropanın tələblərini rədd edir
ZDNet nəşrinin bir qrup hüquq müdafiəçisinin ABŞ Federal Ticarət Komissiyasına (FTC) etdiyi şikayətinə istinadən məlumatına görə, 30-dan çox iri texnoloji şirkət ABŞ hökuməti tərəfindən Avropa İttifaqı (Aİ) sakinlərinin məlumatlarının emalı ilə bağlı təqdim edilən zəmanəti təmin etmək iqtidarında deyil.
Şikayətçilərin hüquqlarını müdafiə edən Rəqəmli Demokratiya Mərkəzi (CDD) hüquqşünaslarının sözlərinə görə, söhbət Salesforce, Adobe, AOL və s. şirkətlərdən gedir. Onlar xəbərdarlıq etmədən və razılıq almadan Aİ istifadəçilərinin fərdi məlumatlarını toplayır, istifadə və mübadilə edirlər ki, bu da mövcud normaların pozulmasıdır.
Publika.az ICTnews-a istinadən bildirir ki, burada söhbət US-EU Safe Harbor qanunundan gedir. Qanuna əsasən, avropalılara məxsus informasiya ABŞ serverlərində Aİ standartları səviyyəsində təhlükəsizliyi və qorunması təmin edilən müddətədək ötürülə və saxlanıla bilər.
"ABŞ vədinə əməl edə bilmir. Tərəfimizdən aparılan araşdırmalardan məlum olub ki, FTC tərəfindən həyata keçirilən nəzarətin səviyyəsi çox aşağıdır", - CDD-nin icraçı direktoru Ceff Çester bildirib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...