Sukeçirməz smartfon - FOTO
Bizi izləyin

Texnoloji

Sukeçirməz smartfon - FOTO

"Sony” şirkətinin mobil bölməsi “Xperia M2” smartfonunun sukeçirməz versiyasını elan edib. Yeni aparat “Xperia M2 Aqua” adlanır.

Sukeçirməzlik qabiliyyətinə görə aparat ABŞ Müdafiə Nazirliyinin “IPS65/68” standartlarına cavab verir. Belə ki, aparat 30 dəqiqə 1,5 metr dərinliyində suda qala bilər.

Publika.az “cybersecurity.ru” saytına istinadən bildirir ki, “M2 Aqua” aparatı 1.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 400” prosessoru ilə işləyir. Smartfon “LTE” dəstəyi, 8 meqapiksellik kamera, həmçinin 2300 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

Smartfonun satışına payızda başlanılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm