“iPhone 6” “Apple”in səhmlərini rekord həddə çatdırdı
Bizi izləyin

Texnoloji

“iPhone 6” “Apple”in səhmlərini rekord həddə çatdırdı

19 avqust 2014-cü il “Apple” üçün tarixi gün olub. Şirkətin səhmləri “iPhone 6” smartfonunun relizi fonunda rekord qiymətə imza atıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hərrac gününün nəticəsinə görə “Apple”ın səhmlərinin qiyməti 100,53 dollar təşkil edib ki, bu da bazar ertəsi ilə müqayisədə 1,4 faiz yüksəkdir. Səhmlərin hissələrə bölünməsini nəzərə alsaq, o zaman hərracın nəticəsinə görə onların dəyəri 703,71 dollar təşkil edərdi. Əvvəlki rekord 19 sentyabr 2012-ci il tarixində qeydə alınıb – o zaman “iPhone 5” smartfonunun satışlarının başlanmasından iki gün əvvəl şirkətin səhmlərinin qiyməti 702,1 dollar olub.

21 sentyabr 2012-ci il tarixində “Apple”ın səhmlərinin qiyməti ən yüksək həddə (705,72 dollar) çatıb.

Şirkətin bazar kapitallaşdırması 594 milyard dollaradək artıb ki, bu da 2014-cü ilin əvvəli üzrə göstəricidən 25 faiz azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm