Mobil telefonla “YouTube” daha rahat olacaq
Bizi izləyin

Texnoloji

Mobil telefonla “YouTube” daha rahat olacaq

"YouTube"-un hazırladığı premium musiqi xidməti "Music Key" adlanacaq və onun aylıq abunə haqqı 10 dollar təşkil edəcək. Bu haqda "Android Police" nəşri yazıb.

Publika.az-ın “ICTnews”a istinadən məlumatına görə, hələ iyun ayında "You Tube" onlayn musiqi xidməti üzərində işlədiyi haqda məlumat verilmişdi. Amma layihənin detalları indiyədək məlum deyildi. YouTube nümayəndələri ad və qiymətlə bağlı cari informasiyanı hələ ki təsdiqləməyiblər.

Hazırda "YouTube" internetdə ən böyük ödənişsiz musiqi mənbələrindən biridir. Amma video "YouTube"dan fon musiqi xidməti istifadəni çətinləşdirir. Bundan başqa, YouTubedan mobil telefonla musiqi mənbəyi kimi istifadəyə həddən artıq çox trafik sərf edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm