Robotlara inam artıb
Bizi izləyin

Texnoloji

Robotlara inam artıb

Sərmayədarların ABŞ-ın informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlərinə inamı artır. Bu barədə Deloitte & Touche konsultasiya şirkətinin və ABŞ Milli Vençur Kapitalı Assosiasiyasının birgə hesabatında deyilir. Cari ilin may-iyununda keçirilən və 300-dən çox investisiya şirkətinin iştirak etdiyi sorğu göstərib ki, vençur kapital nümayəndələrini daha çox bulud sistemləri, mobil texnologiyalar və robot texnikası maraqlandırır.

Publika.az ICTnews-a istinadən bildirir ki, vençur kapital ardıcıl üçüncü ildir bulud həllərinə inam göstərsə də, mobil texnologiyalar heç də onlardan geri qalmır. İl ərzində daha çox inam robot texnikası sahəsinə investisiya qoyuluşuna (14 faiz) artıb. Bulud sistemlərinə sərmayə yatırımına inam korporativ proqram təminatına qoyulan investisiyalar kimi 2 faiz yüksəlib. Həmçinin səhiyyə və xidmətlər sahəsində İT sahəsinə investisiya qoyuluşlarında 9 faizlik artım qeydə alınıb. O da qeyd olunur ki, ABŞ vençur investorları yarımkeçirici texnologiyalar, eləcə də energetika və ekoloji təmiz texnologiyalara daha az maraq göstərirlər.

Analitiklərin qənaətinə görə, maliyyə dəstəyində belə tendensiyaların müşahidə olunması mobil qurğular üçün optimallaşdırılan bulud servislərinin sayının artması ilə nəticələnəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm