Smartfonlar qadağan olunacaq
Bizi izləyin

Texnoloji

Smartfonlar qadağan olunacaq

2015-ci ilin əvvəlində Avropa İttifaqı çox enerji sərf edən smartfon və mobil telefonların ittifaq ölkələrinin ərazisində istehsalı və satışının qadağan olunması ilə bağlı təkliflə çıxış edəcək.

Publika.az-ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, daha əvvəl Avropada müvafiq orqanlar həmin qadağanı tozsoran, paltaryuyan maşın, soyuducu və televizorlar üçün tətbiq ediblər. İndi isə bu qadağanın digər məişət cihazları – fen, elektrik çaynik, otbiçən maşın və həmçinin smartfonlar üçün tətbiq edilməsi nəzərdə tutulur.

Təzə qaydaların qüvvəyə minməsinin istehsalçılara mənfi təsir göstərə biləcəyi ehtimal olunur. Belə ki, Avropa Komissiyasının sifarişi ilə keçirilən tədqiqatın nəticələrinə görə, yeni məhdudiyyətlər qəbul olunarsa, bu, ittifaq ərazisində satılan bütün cihazların üçdə bir hissəsinə şamil olunacaq. Beləliklə, fen istehsalçıları istehsal etdikləri fen modellərinin bəzilərinin gücünü azı 30% azaltmalıdırlar. Ayrı-ayrı smartfon modellərinə də həmin qadağanın keçərli olacağı bildirilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm