Artıq mobil danışıqları dinləmək mümkün olmayacaq
Bizi izləyin

Texnoloji

Artıq mobil danışıqları dinləmək mümkün olmayacaq

"Novende" adlı proqram haqqında sualları cavablandıran mühəndis Can Birinci telefon dinləmələrinə maneə yaradan bir tətbiq işlərinə ötən il başladıqlarını və hazırladıqları proqramın "android" əməliyyat sistemli telefonlar üçün internetdə yayımlandığını söyləyib.

Simsiz internet və ya mobil 3G əlaqəsi vasitəsi ilə istifadə edilə bilən sözügedən proqramla aparılan danışıqların üçüncü şəxs tərəfindən dinlənilməsinin mümkün olmadığını deyən Birinci belə deyir:

""Novende" proqramını mobil telefon danışıqlarının hər nə olursa-olsun, dinlənilməməsi üçün hazırladım. Çünki hər bir insanın danışıq azadlığı var. Ümumilikdə səs danışıqları bu cür ötürülür: səs zəng vurulan cib telefonunda beynəlxalq şəkildə qəbul edilən Advanced Encryption Standart (AES) ilə şifrələnərək bir server vasitəsiylə qarşı tərəfə çatdırılır, qarşı tərəfə çatdırılan səs məlumatı isə yenə 256 bit şifrəli olaraq Transport Layer Security (TLS) protokolu vasitəsilə göndərilir. Bütün bu səslər danışığı həyata keçirən serverdə yığılır. "Novende"nin fərqi isə məlumatı iki nöqtə arasında şifrəli olaraq göndərməsindədir. Ancaq səs məlumatları serverdə heç bir şəkildə yığılmır, ya da işlənmir, axıb gedir. Server yalnız bir işıqfor kimi məlumatın düz və etibarlı şəkildə köçürülməsini təmin edir."

Öz serveri olan şirkətlərin "Novende"nin nüsxəsini götürüb istədikləri təhlükəsizlik testlərini keçirdikdən sonra istifadə edə biləcəyini söyləyən Birinci proqramın şifrəli danışıq xaricində 50 ölkədə internet üzərindən söhbət etmək üçün də istifadə edilə biləcəyini deyib. (faktxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm