Argentina ilk peykini buraxır
Bizi izləyin

Texnoloji

Argentina ilk peykini buraxır

Argentinanın istehsalı olan ilk peyk ötən şənbə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromuna göndərilib. Oradan peykin sentyabrın ortalarında Yerətrafı orbitə buraxılması planlaşdırılır.

Publika.az ICTnews-a istinadən bildirir ki, ölkənin cənubundakı Rio-Neqro əyalətində San-Karlos-de-Bariloçe şəhərində yaradılan və Arsat-1 adlandırılan peyk Argentina və sərhədyanı ölkələrin ərazisində televiziya və internet siqnallarının, eləcə də məlumat və telefoniyanın ötürülməsi üçün nəzərdə tutulub. Rəsmi məlumatlara görə, bu layihəyə 250 milyon dollar yatırılıb.

Bu, ölkə ərazisində yaradılan ilk belə aparatdır. Ekspertlərin hesablamalarına görə, Argentina 2015-ci ilin iyulunda kosmosa Arsat-2 peykini göndərə biləcək. Hazırda mütəxəssislər Arsat-3 layihəsi üzərində işə başlayıblar.

Argentina Nazirlər Kabinetinin rəhbəri Xorhe Kapitaniç bildirib ki, Argentina xalqı öz alimləri ilə fəxr etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm