“iPad” planşetlərinin qiyməti ucuzlaşacaq
Bizi izləyin

Texnoloji

“iPad” planşetlərinin qiyməti ucuzlaşacaq

“Digitimes” portalı yazır ki, “Apple” şirkəti “iPad mini” planşetlərinin qiymətini azaltmaq haqda ABŞ-ın bir sıra pərakəndə satış nöqtələri, həmçinin “Best Buy” və “Amazon” şirkətləri ilə razılaşıb.

"Qafqazinfo" “ICTnews" saytına istinadən bildirir ki, 16 QB-lıq yaddaşla təchiz olunmuş “iPad Mini” planşetinin qiyməti hazırda “Amazon” mağazasında 240 dollar, “Best Buy” mağazalarında isə 199 dollar təşkil edir.

2014-cü ilin birinci və ikinci rüblərində “Apple” korporasiyası müvafiq olaraq 16,4 və 13,28 milyon “iPad” planşeti satıb. “iPad mini” planşetlərinin qiymətinin azaldılması cihaza tələbatı yüksəldəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm