AzərTAc-ın saytı dəyişdi
Bizi izləyin

Texnoloji

AzərTAc-ın saytı dəyişdi

Sentyabrın 6-dan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) informasiyalarını yeni saytında təqdim edir. Modern.az xəbər verir ki, bir müddət əvvəl AzərTAc saytının yenilənməsi ilə bağlı anons vermişdi.

Yeni resurs müasir dizaynda hazırlanıb, funksionallığı daha yüksəkdir. Agentlik internet resursun yeniləməsində ən müasir veb-texnologiyalardan istifadə edib, oxucuların lazımi informasiyaları rahat və operativ əldə etmələri üçün bölmələri yeniləyib. Həmçinin istifadəçilər AzərTAc-a abunə olmaqla bütün xəbərləri, video və foto informasiyaları birbaşa öz elektron ünvanları vasitəsilə ala biləcəklər.

Eyni zamanda, saytın rubrikalarında da dəyişiklik edilib, bir sıra yeni bölmələr yaradılıb. Ölkəmizin bölgələrində son illər baş verən inkişaf proseslərini, yenilikləri və hadisələri daha dolğun çatdırmaq üçün saytda “Regionlar” bölməsi fəaliyyət göstərir. Digər bölmələrdə də xəbərlərin yerləşdirilməsi və istifadəsi daha da asanlaşıb.

Yaxın günlərdə AzərTAc-ın-ın yenilənmiş videosəhifəsi də istifadəyə veriləcək. Bu resursda istifadəçilər Azərbaycanda və dünyada baş verən hadisələr haqqında yığcam və dolğun məlumat alacaq, agentliyin maraqlı layihələri ilə tanış ola biləcəklər.

Bundan başqa, saytın mobil versiyası da qısa müddətdə tamamilə yeniləcək və daha funksional olacaq. İstifadəçilər həm də AzərTAc-ı Android və iOS platformalarında işləyən cihazlar üçün hazırlanmış proqramlar vasitəsilə izləyə biləcəklər.

Hazırda AzərTAc-ı Azərbaycan dilindən əlavə 6 dildə - rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində informasiya və videoxəbərlər yayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm