
İnternet şəbəkələrində iPhone 6-nın qiyməti bəlli olub
Axar.az xəbər verir ki, 4.7-düym ekranlı və 16 Gb daxili yaddaş ilə cihazın qiyməti 860 dollar, 32 Gb yaddaşla isə 990 dollara başa gələcək.
Böyük diaqonallı və 32 Gb-lıq yaddaşa sahib olan smartfonun dəyərinin isə 1152 dollar olacağı gözlənilir.
Qeyd edək ki, daha öncə yeni Ayfonun rəsmi premyerasının sentyabrın 9-a olacağı barədə məlumat verilmişdi. Lakin sonra bu tarix sentyabrın 19-na təxirə salınıb.