Azercell beynəlxalq zənglərin qiymətini aşağı saldı (R)
Bizi izləyin

Texnoloji

Azercell beynəlxalq zənglərin qiymətini aşağı saldı (R)

Azercell şirkəti bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini əhəmiyyətli dərəcədə aşağı saldı

Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edir.

Bu tarif 0.32AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.

İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.

MDB və Baltikyanı ölkələr

0.37 AZN

0.32 AZN

İran, Türkiyə

0.43 AZN

0.32 AZN

Avropa, Amerika qitəsi ölkələri və b.

0.50 AZN

0.32 AZN

Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə bizim xidmətlərdən istifadə edə bilərlər.

Azercell Telekom, həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən eksklüziv endirim zonasından istifadə etməyi sizə təklif edir. Burada siz bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng edə bilərsiniz.

Qeyd etmək istərdik ki, ölkənin bütün mobil operatorlarının şəbəkəsində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və həmçinin Tarif Şurası tərəfindən irəli sürülmüşdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm