• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azərbaycanda internet qiymətlərin endirilməsinə ciddi ehtiyac var”

“Azərbaycanda internet qiymətlərin endirilməsinə ciddi ehtiyac var”

Son dövrlərdə apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda internet qiymətlərin endirilməsinə ciddi ehtiyac var.

Qonşu ölkələr Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrdə araşdırma apararkən ölkəmizdə qiymətlərin adıçəkilən ölkələrə nisbətən baha olduğunu müəyyən etdik.

Publika.Az-ın xəbərinə görə, bu sözləri Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.

“Düzdür, son iki-üç ildə internet qiymətlərində çox uğurlu endirimlər oldu. Bunun nəticəsində Azərbaycanda internet geniş vüsət aldı.

Sadaladığım qonşu ölkələrdə son bir-iki ildə internet endirimləri çox ciddi şəkildə həyata keçirildi. Ölkəmizdə isə qiymətlər hələ ki, stabil olaraq qalır. Ona görə də də hesab edirik ki, internetin daha geniş yayılması və ələçatımlılığının artması, sərbəst rəqabət üçün internet qiymətlərinin endirilməsi üçün ciddi əsaslar var.

Hesab edirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Delta Telekom”Şirkəti tərəfindən internetin qiymətlərinin endirilməsinə diqqət yetirilməlidir. Artıq bununla bağlı təkliflərimizi də göndərmişik”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR