Marsa insan ayağı dəyəcək
Bizi izləyin

Texnoloji

Marsa insan ayağı dəyəcək

NASA yaxın perspektivdə Marsa uçacaq yeni kosmik gəmi daşıyıcısının animasiya görüntülərini yayıb. Yeni kosmik raketin yığılmağa başlanacağı müəssisə də sentyabrın 12-də rəsmən fəaliyyətə başlayıb.

Publika.az-ın məlumatına görə, müvafiq aerokosmik agentliyin mütəxəssisləri hesab edirlər ki, yeni raket kosmik tədqiqatların dərinləşdirilməsi baxımından inqilabi dəyişikliklərə yol açacaq. Belə ki, yeni texnologiyaların, daha təkmil vasitələrin tətbiqi astranavtlara asteroidləri və Marsın səthini daha yaxından öyrənməyə köməklik göstərəcək.

Bütün bu yeniliklər Mars planetinə ilk dəfə olaraq, insanın ayaq basmasına şərait yaradacaq. Hazırda NASA-nın hazırladığı yeni nəsil kosmik raket uzaq kosmik səyahət perspektivləri açır və Qırmızı Planetə uzun müddət gözlənilən canlı səfəri gerçəkləşdirmək imkanı yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm