Feysbukun təhlükəsizlik kitabı çap olundu - Bakıda
Bizi izləyin

Texnoloji

Feysbukun təhlükəsizlik kitabı çap olundu - Bakıda

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi «Feysbukdan təhlükəsiz istifadə qaydaları» nəşr edib.

Technimum bloqu bildirir ki, kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

-Feysbuk sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları

-Feysbuk hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)

-Oğurlanmış Feysbuk hesabını geri qaytarmaq üçün görülməli tədbirlər

-Spam və virusların Feysbuk vasitəsilə yayılma yolları (Feysbuk tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları

-Saxta hesablar

-Feysbuk hesabı ilə bağlı əhəmiyyətli məlumatların əldə olunması. ETM-dən bildirilib ki, kitabçanın elektron versiyası tezliklə http://www.cert.az ünvanında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm