iPhone 6-dan şikayətlər var – FOTOLAR
Bizi izləyin

Texnoloji

iPhone 6-dan şikayətlər var – FOTOLAR

Keçən həftənin cümə günündən etibarən “Apple” şirkətinə məxsus iPhone 6 telefonları satışa buraxılıb.

Lakin uzun müddətdir alıcıları intizarda saxlayan telefon gözləntiləri doğrultmayıb.

Artıq ilk alıcılar telefonun fotolarını sosial şəbəkələrdə yerləşdirməyə başlayıblar. iPhone 6-nın fotolarını paylaşmaqda məqsəd isə yeni qurğunun nə dərəcədə kövrək olduğunu sübut etməkdir. Belə ki, alüminiumla örtülmüş qurğu əyilərək formasını dəyişir.

İnternetdə forumların birində “hanzoh” adlı istifadəçi qurğunu cibində gəzdirdikdən sonra onun formasının nə dərəcə dəyişdiyini nümayiş etdirib. “hanzoh” deyib: “iPhone 6 - cibimdə 18 saat qaldıqdan sonra bu hala düşüb. Mən onu stolun üstünə qoyduqda belə, telefonun formasının nə qədər təhrif olunduğunu aydın görə bilirəm”.

Sosial şəbəkələrdə iPhone 6 ilə bağlı narazılıqlar baş qaldırıb. İstifadəçilərdən biri isə telefonun əyilən korpusa malik olmasından razı qalıb.

Qeyd edək ki, 2012-ci ildə də iPhone 5-in çərçivəsinin zəifliyindən şikayətlər daxil olub. Maraqlısı odur ki, nazik həcmə malik olan Samsung Galaxy S4 və Sony Xperia Z1 telefonları da təzyiq altında əyilir.

iPhone 6 telefonu buraxıldığı andan 10 milyon satış həyata keçirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm