"Alibaba" bir gündə Çinin ən zəngini oldu
Bizi izləyin

Texnoloji

"Alibaba" bir gündə Çinin ən zəngini oldu

Çinin Qançjou vilayətindən olan yoxsul Ma Yunun şirkəti “Alibaba Group” cəmi bir günə dünyanın ən iri 20 şirkətindən biri olub.

Publika.az fins.az-a istinadən xəbər verir ki, sentyabrın 19-da Nyu-York fond birjasında Çinin internet-nəhəngi bütün fond bazarı tarixində ən bahalı səhm emissiyası edib. “Alibaba Group” səhmlərinin satışından 21,8 milyard dollar əldə etməyi planlaşdırsa da, onun səhmlərinə tələbat o qədər böyük olub ki, iştirakçı banklar onlara çatmalı olan payları da satmağa başlayıblar. Son nəticədə səhm yerləşdirmənin məbləği 25 milyard dollara qədər artıb. İndiyə qədər cəmi 3 şirkət - “General Motors”, Çin bankı ICBC və “Agricultural Bank” 20 milyardlıq səhm emissiyası edə biliblər.

Hərracların ilk günündə “Alibaba Group”un səhmlərinin qiyməti təxminən 40% bahalaşaraq 68 dollardan 94 dollara çatıb. Şirkətin kapitallaşması isə 231,4 milyard dollar təşkil edib. Bu, onun əsas rəqibləri ebay.com-un kapitallaşmasından 66 milyard dollar və yaxud 3,5 dəfə, amazon.com-dan 150 milyard dollar və yaxud 1,5 dəfə çoxdur. Kapitallaşma məbləğinə görə “Alibaba Group” “Chevron”, “Facebook”, “P & G” və “GP Morgan” kimi şirkətlərlə birgə dünyanın ən iri şirkətlərinin 20-liyinə daxil olub.

Şirkətinin yaradıcısı Ma Yun (səhmlərin 8,8%-i ona məxsusdur) bir gündə Çində ən varlı adam olub. “Bloomberg Billionaires Index” onun varidatını 21,9 mlrd. dollar qiymətləndirir.

Ma Yun 1964-ci ildə Qançjou şəhərində kasıb ailədə doğulub. Çinin şərqində yerləşən kiçik şəhərciyin öz universiteti olmadığından o, orta məktəbi bitirəndən sonra Pekin universitetinə daxil olub. Böyük ambisiyaları olan Ma Yununu universitetdə oxuyarkən riyaziyyat imtahanından 1 aldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm