AMEA-da yeni sistem tətbiq ediləcək
Bizi izləyin

Texnoloji

AMEA-da yeni sistem tətbiq ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda informasiya-hesablama sistemini (GRID) təşkil etmək nəzərdə tutulur.

İnstitutdan Publika.az-a verilən məlumata görə, bu məqsədlə elmi müəssisənin gənc alimləri Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində təcrübə keçiblər.

Üç aylıq təcrübə kursunda institutun geodinamika və seysmologiya şöbəsinin əməkdaşları Bəhruz Əhədov və Tural Məmmədov mərkəzin informasiya texnologiyaları laboratoriyasında GRID sisteminin qurulması, məlumatların hesablanması və mübadiləsi metodlarını öyrəniblər.

Şöhbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov qeyd edib ki, GRID şəbəkəsi ilə yer elmləri, yüksək enerjilər fizikası və digər sahələrdə elmi tədqiqatlar aparmaq, hesablama və məlumatların analizini həyata keçirmək mümkündür. Bu sistem geodinamik proses və seysmoloji hadisələrə dair məlumatarın təhlili üçün mühüm əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi halda GRID əvəzedilməzdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm