"Samsung"dan absurd qadağa - VİDEO
Bizi izləyin

Texnoloji

"Samsung"dan absurd qadağa - VİDEO

Samsung şirkəti Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində idmançıların Apple cihazlarının istifadə etməməsini tələb edib. Hətta bu şirkətin yarımçıq alma loqotipinin görünməsi də qadağan olunur.

"Samsung"un bu tələblərinin tam mətni dərc edilməyib. Lakin Samsung Soçi Olimpiadasının rəsmi baş sponsoru olduğundan buna tam hüququ var. İdmançılar sosial şəbəkələrdən işləyərkən belə Samsung məhsullarından istifadə etməlidirlər, o cümlədən Apple loqotipi olan köynəklər geyinmək də qadağandır. Bu qaydanı pozan idmançılar maliyyə məsuliyyəti daşıyacaqlar.

Apple-dan istifadə edənlər, hətta yarışmadan kənarlaşdırıla da bilərlər. Olimpiya komitəsi isə məsələyə aydınlıq gətirərək olimpiya oyunlarında sponsorların son dərəcə əhəmiyyətli olduğunu deyib və "Samsung"un idmançılara şərt qoymasını qanuni elan edib. / Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm