Azərbaycanda bir ilk
Bizi izləyin

Texnoloji

Azərbaycanda bir ilk

Oktyabrın 29-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Publika.az xəbər verir ki, seminarda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Musa İlyasov məruzə edib.

Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılıb. Alın müqaviməti qüvvəsinin azaldılması ilə yanacağa 2-7 % qənaət edildiyi bilinir. Ancaq bu məsələnin nəzəri tədqiqi (istər analitik, istərsə də ədədi) bu vaxtadək aparılmayıb.

Məruzədə göstərilən effektin aerodinamik modeli ilk dəfə Azərbaycanda qurulub və analitik tədqiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm