“iPhone 6”dan da nazik smartfon hazırlanır
Bizi izləyin

Texnoloji

“iPhone 6”dan da nazik smartfon hazırlanır

Çinin böyük “BBK” şirkəti planetdə ən nazik smartfon istehsalına başlayıb.

Publika.az xəbər verir ki, alınan məlumata görə, yeni modelin qalınlığı 3,8 millimetrdən çox olmayacaq. Beləliklə, “Vivo” smartfonu Yer kürəsində ən nazik qacetlərdən biri olan “iPhone 5s” smartfonundan 2 dəfə nazik olacaq. Bu yaxınlarda buraxılmış “iPhone 6” smartfonunun qalınlığı 6,9 millimetrdir.

Hazırda birincilik “Gionee” şirkətinin buraxdığı “Elife S5.1” smartfonundadır. Onun qalınlığı, adından göründüyü kimi, 5,1 millimetrdir ki, bu da Ginnesin Rekordlar kitabında qeydə alınıb.

“Letnews” portalı yazır ki, Çinin yeni məhsulunun texniki xüsusiyyətləri hələlik bəyan edilmir, yalnız batareya ekspertlərdə şübhə doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm