Şok iddia: Bu telefon istifadəçinin öləcəyi günü bilir
Bizi izləyin

Texnoloji

Şok iddia: Bu telefon istifadəçinin öləcəyi günü bilir

Əlbəttə kimin hanıs tarixdə öləcəyini bilməsi imkansızdı. Belə desək, bunu ancaq Allah bilir.

Fəqət insanları daha sağlam həyat sürməyə təşviq etmək üçün hazırlanmış "Deadline" adlı telefon proqramı istifadəçilərin öləcəyi günü təxmin etdiyini iddia edir.

Publika.az xəbər verir ki, proqram ABŞ-ın texnologiya nəhəngi Apple-ın "HealhKit" proqramındakı statistikaları istifadəçilərdən soruşulan suallarla birləşdirərək təxmini bir ölüm günü müəyyən edir.

"Deadline" istifadəçinin doğum tarixindən gündəlik hərəkət aktivlərinə qədər, yuxu rejimi, siqaret çəkib çəkməməsi və sair suallar ünvanlamaqla öləcəyi günü ortaya çıxarır və geri sayım başladır.

Bu proqramı hazırda sadəcə iOS sistemli telefonlarda istifadə etmək mümkündü və 0,99 dollardan satılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm