Texnoloji
Sualtı mağaza açılır
Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi qurğular üçün qeyri-adi mağaza açmağı planlaşdırır.
Publika.az xəbər verir ki, mağazanın dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompyuter modelləri satışa çıxarılacaq.
Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edilir ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər.
“Sony” şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, “Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meyilli olduğunu göstərəcək.
“XperiaBlog” saytının məlumatına görə, qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?