“Yaxın zamanda internetin sürətini 100m/bitə çatdıracağıq" - Nazir
Bizi izləyin

Texnoloji

“Yaxın zamanda internetin sürətini 100m/bitə çatdıracağıq" - Nazir

2013–cü il prezident İlham Əliyev tərəfindən İnformasiya Kommunikasiya ili elan edildi. Ötən ili son 10 ilin ən uğurlu ili kimi hesab etmək olar.

Ötən il Azərbaycan Kosmik ölkələr sırasına daxil oldu, süni peyk orbitə daxil oldu, rəqəmsal yayıma keçid başa çatdı, internetin inkişafında xeyli addımlar atıldı, bir neçə pozisiya üzrə həm MDB, həm də mərkəzi Asiya ölkələri arasında liderliyini qoruyub saxladı, internetin istifadə sıxlığı, əlçatanlığı inkişaf etdi, 4G-nin təbiqi, 3G-nin bütün ölkə ərazisində yayımı ilə əldə etdiyimiz uğurlarla yadda qaldı.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "2013 informasiya və kommunikasiya texnologiyaları ili” və ilk telekommunikasiya peykinin orbitə buraxılmasının bir ilinə həsr edilmiş konfransda deyib.

Nazir onu da bildirdi ki, ötən il ərzində nazirlik bir sıra beynəlxalq tədbirlərdə də iştirak edib:

“BMT-nin Baş Assambleyasının 67-ci ssesiyasında Azərbaycan və Benəlxalq Telekommunikasiya İttifaqına Avroasiyada rabitə alyansının yaradılması kimi böyük bir iş tapşırıldı, biz bu istiqamətdə ilkin mərhələni həyata keçirmişik. Avropa, İran və Frankfurt informastiv magistralı işə salındı, Trans Avroasiya super informasiya magistralı layihəsini həyata keçirmək üçün 5 böyük operatorla memorondum imzalanıb. Poçt sistemində uğurlar əldə etdik. Anoloq efir, teleqrafla vidalaşmaqla yadda qaldıq”.

Nazir onu da bildirdi ki, İKT-nin inkişafı istiqamətində gələcəyə yönəlmiş planlar artıq hazırlanıb:

“Yaxın zamanda şəhərlərdə internetin sürətini 100m/bitə, kəndlərdə isə 30 m/bitə çatdırmağı planlaşdırırıq. Bundan başqa, İKT-nin inkişafı həm də AMEA və Təhsil Nazirliyi ilə əlaqələrə də təsir edir”.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən il əldə olunmuş naliyyətləri, həyata keçirilən layihələr, görülən işlər barədə məlumatlardan ibarət film də nümayiş edildi.

Həmçinin, "İKT ili" çərçivəsində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırıldı. Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov da çıxış edərək informasiya kommunikasiya texnologiyalarının elmin inkişafına təsirindən danışdılar. "İKT ili"nin elmin müxtəlif sahələrində naliyyətlərin əldə olunmasına təsir etdiyini bildirdilər.

Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət oxundu.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm