Xaricdən gətirilən mobil cihazların qeydiyyat sistemi asanlaşdırıldı
Bizi izləyin

Texnoloji

Xaricdən gətirilən mobil cihazların qeydiyyat sistemi asanlaşdırıldı

1 noyabr tarixindən mobil cihazların qeydiyyat sistemi təkmilləşdirilərək vətəndaşlara daha rahat formatda və daha az vaxt ayırmaqla ölkəyə idxal etdikləri mobil telefonları, smartfonları, planşetləri və digər mobil qurğuları qeydiyyatdan keçirmək imkanı yaranıb.

Publika.az artıq göstərilən müddətdən başlayaraq ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Bununla yanaşı tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirəcək. Belə ki, poçt şöbəsində artıq mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və ümumi olaraq vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl isə ərizə əllə doldurulurdu və bu da vətəndaşıların 10-15 dəqiqə vaxtını alırdı.

Yeni informasiya sisteminin tətbiqi nəticəsində artıq vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.

Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə hər bir vətəndaş internet vasitəsiə öz möbil qurğusunu qeydiyyatdan keçirə bilər. Bu vətədnaşların vaxtını qənaət edəcək. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.

1 noyabrdan başlayaraq IMEI kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirib. Nazirlikdən aldığımız məlumata görə, ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə baglıdır. Vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb etmişdir. “Rabitə sahəsində hər bir xidmət maliyyə tələb edir və IMEI kodların qeydiyyatından əldə edilən gəlir birbaşa olaraq bu xidmətin yüksək səviyyəsinin təmin olunmasına, sistemin istifadəsində məşğul işçilərin maaşlarının ödənilməsinə, telefon çarğı mərkəzinin fəaliyyətinə, proqram təminatının yenilənməsinə və gələcəkdə təkmilləşdirilməsinə sərf olunacaqdır”, deyə mənbə bildirdi.

Qeyd edək ki, Azərbaycanda 1 noyabrdan ölkəyə idxal edən zaman vətəndaşlar hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar. IMEI kodların ödəniş sistemi bir çox ölkələrdə artıq uğurla tətbiq olunur. Məsələn, qonşu Türkiyədə hər IMEI kodun qeydiyyatı üçün 119 TL (təxminən 42,4 AZN)ödəniş tələb olunur. Türkiyə ilə müqayisədə Azərbaycanda məbləğin 8 (!) dəfə az olmasını xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycanda məbləğin həqiqətən cüzi olması ödənişlərin sistemin iş prosesinin və bu sistemə xidmət edən mütəxəssislərin, operatorların məvaciblərinin ödənilməsinə sərf olunacağını təsdiqləyir.

Yeni sistemin tətbiqi məhz vətəndaşların rahatlığı üçün edildiyi şübhəsizdir. Şəxsi istifadəsi üçün ölkəyə mobil cihaz idxal edən hər bir şəxs üçün təkmilləşdirilmiş sistem yalnız rahatlıq, vaxta qənaət deməkdir. Hətta ödənişin tətbiqi belə şəxsi istifadə üçün mobil cihaz idxal edən vətəndaşlar üçün cüzi məbləğdir. Çünki verğilər və gömrük rüsumları ödənilmədiyi üçün bu mobil cihazlar, rəsmi distribyutorlar tərəfindən rəsmi idxal olunan, bütün gömrük rüsumları və digər vergilər nəzərə alınmaqla ölkədə satılan analoqlardan daha ucuzdur. Bir dəfə ödənilən 5 manat qeyd etdiyimiz arqumentlər qarşısında cüzi məbləğdir. Müqayisə üçün biz hamımız internet-provayder xidmətindən istifadəyə başlayarkən 5-6 manat qeydiyyat ödənişi edirik. Bu normal haldır və biz bunu artıq qəbul etmişik.

Yeni sistemlə bağlı mümkün narazlıqların əsas mənbəyi mobil qurğuları satış məqsədilə ölkəyə qeyri-rəsmi idxal edənlər olacağını proqnozlaşdırmaq olar.

Bu istiqamətdə Azərbaycan sakinlərini bir problemlə də qarşılaşa bilər. Qeyri-rəsmi yollarla ölkəyə idxal olunmuş mobil qurğular hətta magazalarda satışa çıxarılarkən belə IMEI kod üzrə qeydiyyatdan keçməyə bilər. Hər bir istehlakçı bilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satanlar tərəfindən həyata keçirilməlidir. Buna görə də istənilən halda mobil cihaz alarkən IMEI kodun qeydiyyatını satıcılardan tələb edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm