İran ABŞ təyyarəsinin yeni versiyasını hazırlayıb
Bizi izləyin

Texnoloji

İran ABŞ təyyarəsinin yeni versiyasını hazırlayıb

İran ABŞ-ın RQ-170 Sentinel pilotsuz təyyarəsinin yeni versiyasını sınaqdan keçirib.

Publika.az-ın məlumatına görə, bu bardə ölkə rəsmiləri açıqlama veriblər.

Ölkə rəsmiləri yeni təyyarənin 2011-ci ildə İranın hava məkanında ələ keçirilən RQ-170 Sentinel pilotsuz təyyarəsinə əsasən dizayn edildiyini bəyan edib.

Bundan başqa məlumatda bildirilir ki, İran ələ keçirdiyi bir neçə pilotsuz təyyarənin yeni versiyasını hazırlayır. Onlardan biri Boeingin istehsal etdiyi ScanEagle dronudur.

Qeyd edək ki, İran ABŞ-ı təyyarələrdən nüvə proqramı ilə bağlı casusluqda istifadə etməkdə günahlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm