ABŞ casus təyyarələri ilə telefonlara qulaq asır - İDDİA
Bizi izləyin

Texnoloji

ABŞ casus təyyarələri ilə telefonlara qulaq asır - İDDİA

ABŞ-ın Ədliyyə Nazirliyinin insanların telefonlarını dinlədiyi üzə çıxıb.

Publika.az xəbər verir ki, "Wall Street Journal"ın yazdığına görə, nazirlik bu məqəsədlə casus təyyarələrdən istifadə edir. Məlumata görə, 2007-ci ildə istifadə edilməyə başlanan proqramda ölkədənin ən azı 5 metropolundakı hava limanında yerləşən Cessna təyyarələriylə casusluq fəaliyyətləri icra edilir. Proqram çərçivəsində təyyarələrə quraşdırılan cihaz əsasən baza funksiyasını yerinə yetirir. Təyyarənin uçduğu bölgədəki bütün cib telefonlarının siqnalları qəbul edilir və məlumat bazası oğurlanır.

Ədliyyə Nazirliyinin səlahiyyətlisi məlumatı təkzib etməyib. Əksinə o bildirib ki, həmin proqramdan yalnız cinayətkarların təqibi məqsədilə istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm