Texnoloji
İnsanlar şəbəkə torunda - HƏYƏCAN
Bu gün internet həyatımıza bir göz qırpımında daxil olur, onu tanınmaz dərəcədə dəyişdirir. Günün 24 saatı istənilən zaman, istənilən məkanda, istədiyimiz informasiyanı tapmaq su içimi qədər asanlaşıb. İnternetin ən böyük nailiyyəti ondan ibarətdir ki, o, qızıldan qiymətli olan informasiya daşıyıcısıdır. Əbəs yerə deməyiblər ki, informasiyaya sahib olmaq, hər şeyə sahib olmaq deməkdir. Lakin internet son zamanlar əsas funksiyasını yerinə yetirmir və burada yerləşdirilən informasiya bəzən faydasız ola bilir.
İnternetin inkişaf mərhələsinin ilk çağlarında o, əsl informasiya
mənbəyi idi və başqa heç bir funksiya yerinə yetirə bilməzdi.
Sovet İttifaqı olmasaydı, internet də olmazdı
Əvvəl Amerika alimlərinin qarşısına məlumatları düzgün ötürə bilən
şəbəkə yaradılması məqsədi qoyulmuşdu. Beləliklə, internet
yaradıldı. Əsas səbəb nə idi?
İnternet, SSRİ-də ilk peykin buraxılması sayəsində yarandı. Belə
çıxır ki, Sovet İttifaqı olmasaydı, internet də olmazdı. Hər halda
bizim indi tanıdığımız şəkildə olmayacaqdı.
Lakin ARPANET şəbəkəsi kimi tanınan, keçən əsrin 70-ci illərində
işə başlayan şəbəkə insanların həyatına daha çox daxil olmağa
başladı. Bu işdə fərdi kompyuterlərin inkişafı da xüsusi rol
oynadı. Lakin 1981-ci ildə ABŞ-da yaradılan universitet şəbəkəsi -
NSFNetin inkişafı ARPANET-in get-gedə aktuallığını itirməsinə və
1990-cı ildə fəaliyyətinin sona çatmasına, tarixi fakta
çevrilməsinə gətirib çıxardı.
NSFNet-ə telefonla birləşmək mümkün olduqdan sonra həmin şəbəkədən
təkcə elmi idarələr deyil, sadə vətəndaşlar da istifadə etməyə
başladı. 1993-cü ildə ilk brauzer yarandı, 1995-ci ildə NSFNet öz
irsini Milli Elmi Fondun super komyuterlərinə deyil, indi dünyada
minlərlə olan sadə internet-provayderlərinə buraxaraq, tədqiqat
işlərinə qayıtdı.
İnternet yeni auditoriyanı cəlb etməklə hələlik medianın ən artan
seqmentinə çevrilməsə də, yaxın gələcəkdə televiziya və radionu
əvəz edəcəyi gözlənilir. Tam olmasa da, gələcək nəsillərin başlıca
informasiya və əyləncə mənbəyinə çevriləcəyi görünür.
Hamının, həm də heç kimin olmayan - İnternet
İnternetin belə güclü inteqrasiyası bizim özümüzə xeyirdirmi?
İnsanlar şəbəkədə çox vaxt keçirdiklərindən “ölüblər”. İnternet
özünəməxsus narkotikdir. Lakin bir vaxtlar kitablar da çox geniş
yayılmışdı. Əvvəlcə yüksək təbəqələrdə, sonra isə sadə insanlar
arasında. Həmin oxşarlığı televiziya və radionun aktuallığı dövrünə
də aid etmək olar.Yəni İnternet yeni, lakin heç də ilk olmayan
informasiya və əyləncə mənbəyidir. Kim bilir, bəlkə də biz artıq
onun içində yaşayırıq. Əgər biz həddimizi biliriksə, internet
təhlükə yaratmır. Bax, həmin bu həddi çoxlarımız bilmirik. Bu isə
xoşagəlməz nəticələrə gətirib çıxarır.
Cəmiyyətə təsiri
İnternet veb resurslar, saytlar tərəfindən təqdim olunan müxtəlif
xarakterli informasiyaların açıq saxlandığı vasitədir. Bu
informasiyalar qeyri-dəqiq, qanunvericiliyə uyğun olmaya və ya
qəbul edilmiş mənəvi dəyərlərlə ziddiyyət təşkil edə bilər. Buna
parlaq misal, kitab, musiqi, filmlərin pulsuz köçürülməsidir.
İnternet vasitəsilə hələ kirayəyə verilməyən filmə baxmaq olar,
kitabı mağazadan almaq əvəzinə, oxumaq olar. Bunlar isə sahiblərin
az qazanmasına və dövlətə az miqdarda vergi ödənilməsinə gətirib
çıxarır. Təbliğat saytları insanların düşüncəsini dəyişdirir.
Məsələn, dini sektaların saytları gənclərə təsir edərək onların
normal inkişaf etmələrinə və təhsil almalarına mane olur. Bütün bu
misallar internetin cəmiyyətin həyatına necə zərərli təsiri
olduğunu göstərir.
Bundan əlavə, internet böyük kompaniya və korporasiyalar üçün
təhlükə yaradır. Setin köməyi ilə internet hakerləri müştərilərin
bank hesablarına daxil ola bilərlər. Hakerlər - xüsusi tip
kompyuter mütəxəssisləridir. Çox vaxt onlar bank və şirkətlərin
təhlükəsizlik sistemini pozaraq onların hesabından böyük məbləğdə
pul çıxara bilirlər. Hakerlərin bu hərəkəti maddi cəhətdən təsir
etməklə bərabər, müştərilər arasında belə bank və kompaniyalara
inamı da azaldır, şübhə altına salır. Hakerlərin üstünlüyü ondan
ibarətdir ki, bu cinayəti onlar öz qurbanlarından çox uzaqlarda
olarkən törədə bilirlər. Onları tapmaq yalnız şəbəkədə fərdi
kompyuter nömrələri ilə mümkündür ki, bu da çox səmərəsiz, əbəs
olur. Hakerlərin hücumu təkcə varlanmaq məqsədi ilə edilmir, onlar
eyni zamanda bunu öz etirazlarını bildirmək və ya özünütəsdiq üçün
edirlər.
ABŞ-ın hərbi bazalarının məlumatlarına, Böyük Britaniyanın və
Gürcüstanın kompyuter şəbəkəsinə olan haker hücumlarını da misal
çəkmək olar. Şəbəkə fırıldaqçılarının belə hücumları ölkələr
arasında gərginlik yaradır. Bu səbəbdən hücuma məruz qalan
kompaniyalar elə həmin hakerləri işə götürürlər ki, onlar yeni
müdafiə sistemi yaratsınlar.
Şəxsiyyətə təsiri
Şəbəkə istifadəçilərinin sayı ildən-ilə artır. Bununla bərabər,
virtual “meydanlar” da artır, insanlar bir-biri ilə real vaxt
çərçivəsində informasiya mübadiləsi apara bilirlər. Dünya
şəbəkəsində oxşar maraqları, dünyagörüşü olan insanları tapmaq
asanlaşır. Adətən, insanlar öz suallarına cavab axtararkən belə
qrupları tapır, tez-tez ora müraciət edirlər. Belə qruplar arasında
qarşılıqlı əlaqə yaranır, internet-qruplarda insanın virtual
şəxsiyyəti yaranır ki, bu, onların real şəxsiyyətindən çox
fərqlənir. Beləliklə, bəziləri virtual həyata o qədər aludə olurlar
ki, ümumdünya şəbəkəsini real həyat hesab edirlər. Belə adamlar
kompyuter arxasında 18 saat keçirirlər. Bu hadisə internet
asılılığı adlanır. Alimlərin hesablamalarına görə, dünyada
internetdən aslılıq 33 yaşdan sonra daha çox müşahidə olunur.
Asılılığın nəticəsi onların yaxınlarını, əzizlərini başa
düşməməsinə, insanın sosial statusunun aşağı enməsinə gətirib
çıxarır. Bütün bu misallar internetin zərərli təsirini
göstərir.
Qurban olmaq istəmirsinizsə...
Dünyada internet fırıldaqçıları ilə, kiberhücumçularla mübarizə
davam edir. Psixoloqlar asılı olanlara kömək etməyə çalışsalar da,
hələ buna tam nail ola bilməyiblər. Mübarizə aparmaq üçün öz
kompyuterlərinizi yeni tipli təhlükəsizlik sistemi ilə təmin etməyə
çalışın. Nəzərdə saxlayın ki, internet informasiya vasitəsidir,
real problemlərdən gizlənmək üçün həyat deyil. Ehtiyatı əldən
versəniz, ümumdünya şəbəkə torunun qurbanı ola bilərsiniz.
Publika.Az
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI