Jestlərlə idarə olunan qurğu hazırlandı
Bizi izləyin

Texnoloji

Jestlərlə idarə olunan qurğu hazırlandı

ABŞ-ın “EyeSight” şirkətinin hazırladığı “Onecue” adlı müasir rəqəmsal qurğu ev sahiblərini uzaq məsafədən idarəetmə funksiyasına malik çoxsaylı pultlardan azad edəcək.

Həmin qurğu vasitəsilə ev elektronikasını intuitiv jestlərlə idarə etmək mümkün olacaq. Məsələn, reklam zamanı televizorun səsini azaltmaq üçün barmağı dodaqlara yaxınlaşdırmaq kifayət edəcək. “Onecue” yalnız televizorları deyil, digər qurğuları - akustik sistemləri, DVD və Blu-Ray pleyerləri, həmçinin “ağıllı” evin bəzi sistemlərini də idarə etməyə imkan verir.

Hazırda “Eyesight” şirkəti “Onecue” qurğusu üçün ilkin sifarişləri qəbul edir. Qurğunun qiyməti də münasibdir: cəmi 129 dollar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm